Bu gün - 0 yeni elan

Hesabın və məlumatların silinməsi

Qüvvəyə minmə tarixi: 3 oktyabr 2026-cı il 1. ÜMUMİ MƏLUMAT Bu səhifə HACAR.AZ mobil tətbiqi və hacar.az saytının istifadəçilərinə hesablarının və hesabla əlaqəli məlumatlarının silinməsini necə tələb edə biləcəklərini izah edir. Bu qaydalar Google Play-də və digər mağazalarda «HACAR.AZ» adı ilə təqdim olunan tətbiqə və hacar.az saytına eyni dərəcədə şamil edilir. Hesabınızı və məlumatlarınızı istədiyiniz vaxt silməyi tələb etmək hüququnuz var. Silinmə tələbi pulsuzdur. 2. HESABIN SİLİNMƏSİ ÜÇÜN ADDIMLAR Addım 1. [email protected] ünvanına e-poçt göndərin. Məktubun mövzusu: Hesabın silinməsi Addım 2. Məktubun mətnində aşağıdakıları göstərin: – adınız və soyadınız; – hesabınıza bağlı telefon nömrəsi (qeydiyyat zamanı daxil etdiyiniz nömrə); – «HACAR.AZ hesabımın və əlaqəli bütün məlumatlarımın silinməsini tələb edirəm» məzmunlu ifadə. Hesabınızda e-poçt ünvanı əlavə edilibsə, müraciəti həmin ünvandan göndərməyiniz prosesi sürətləndirir. Addım 3. Şəxsiyyətin təsdiqi. Hesabın həqiqətən sizə məxsus olduğunu yoxlamaq üçün sizinlə hesabda qeydli telefon nömrəsi və ya e-poçt vasitəsilə əlaqə saxlaya və təsdiq kodu göndərə bilərik. Təsdiq alınmayana qədər hesab silinmir. Addım 4. Təsdiqdən sonra hesabınız və əlaqəli məlumatlar 30 gün ərzində silinir. Proses tamamlandıqda sizə e-poçt və ya telefon vasitəsilə məlumat veriləcək. Qeyd: Hesabınız silindikdən sonra bərpa edilə bilməz. Silinməzdən əvvəl balansınızdakı və paketlərinizdəki vəsaitdən istifadə etməyi unutmayın. 3. HESABLA BİRLİKDƏ SİLİNƏN MƏLUMATLAR Hesab silindikdə aşağıdakı məlumatlar silinir və ya şəxsiyyətinizi müəyyən etməyə imkan verməyən formaya salınır: – ad, telefon nömrəsi və e-poçt ünvanı; – şifrə (şifrələnmiş formada saxlanılan şifrə qeydi); – telefon doğrulama kodları; – yerləşdirdiyiniz bütün elanlar və onlara aid şəkillər, videolar, ünvan və koordinat məlumatları, əlaqə şəxsi və əlaqə telefonu; – agentlik profili (agentliyin adı, loqosu, təsviri, telefonu, e-poçtu, ünvanı və iş saatları); – seçilmişlər siyahınız; – video elanlara verdiyiniz bəyənmələr və yazdığınız şərhlər; – kabinetinizdəki bildirişlər; – balansınız və istifadə edilməmiş elan paketləriniz (hesabla birlikdə ləğv olunur). Silinən elanlar saytda və tətbiqdə dərhal görünməz olur. Axtarış sistemlərinin keşində qalan nüsxələr müvəqqəti olaraq əlçatan qala bilər. 4. SAXLANILAN MƏLUMATLAR VƏ SAXLANMA MÜDDƏTLƏRİ Aşağıdakı məlumatlar hesab silindikdən sonra da göstərilən məqsədlər və müddətlər üçün saxlanıla bilər: – Giriş cəhdləri jurnalı (istifadə olunan telefon və ya e-poçt, IP ünvanı və vaxt): təhlükəsizlik və sui-istifadənin qarşısının alınması məqsədilə hesab silindiyi tarixdən 90 günədək; – Ödənişli xidmətlərə (Premium, VIP və digər paketlər) və balans əməliyyatlarına dair maliyyə qeydləri: mühasibat uçotu və vergi qanunvericiliyinin tələb etdiyi müddət ərzində, 5 ilədək. Bu qeydlər mümkün olduqda şəxsi məlumatlardan ayrılmış formada saxlanılır; – Ehtiyat nüsxələr (backup): silinmiş məlumatlar ehtiyat nüsxələrdən növbəti nüsxə dövriyyəsi çərçivəsində, ən geci silmə tarixindən 30 gün ərzində silinir; – İnzibati əməliyyat jurnalı: şəxsi məlumat daşımayan texniki qeydlər olub, hesabla əlaqəsi kəsilmiş formada saxlanıla bilər; – Qanunvericiliyin tələbi ilə, məhkəmənin və ya səlahiyyətli dövlət orqanının sorğusu ilə, habelə hüquqi mübahisənin həlli üçün zəruri olan məlumatlar həmin tələb və ya mübahisə başa çatanadək. Bu müddətlər başa çatdıqdan sonra həmin məlumatlar da silinir və ya tam anonimləşdirilir. Saxlanılan məlumatlar yalnız göstərilən məqsədlər üçün istifadə olunur. 5. HESABI SİLMƏDƏN QİSMƏN SİLİNMƏ Hesabınızı tam silmək istəmirsinizsə: – elanlarınızı kabinetinizin «Elanlarım» bölməsindən istənilən vaxt silə bilərsiniz; – adınızı və e-poçt ünvanınızı kabinetin «Profil» bölməsindən dəyişə bilərsiniz; – seçilmişlərinizi kabinetin «Seçilmişlər» bölməsindən təmizləyə bilərsiniz; – yalnız müəyyən məlumatların (məsələn, e-poçtun) silinməsini istəyirsinizsə, [email protected] ünvanına müraciət edin. 6. ƏLAQƏ Hesabın və məlumatların silinməsi ilə bağlı bütün sorğular üçün: E-poçt: [email protected] Mövzu: Hesabın silinməsi Məlumatların işlənməsi haqqında ətraflı məlumatı Məxfilik siyasəti səhifəsində tapa bilərsiniz.
Əlimyandı